Advertisement

Türkiyədə zəlzələ baş verib – Trend.Az

Bakı. Trend:

Türkiyənin Tokat vilayətində 4.1 maqnitudalı zəlzələ baş
verib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)
bildirib.

Məlumatda bildirilir ki, zəlzələ 12,38 kilometr dərinliyində baş
verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.