
Bakı. Trend:
İraq ilə 20-dən çox müqavilə imzalanacaq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən
sonra ilk dəfə İraqa rəsmi səfər edəcək. Səfərin əsas
müzakirələrinə terrorla mübarizə, su ehtiyatlarından istifadə və
təbii neft və qazın Türkiyəyə axını daxildir.





























