Advertisement

Ermənistan-İran avtomobil yolu sel səbəbindən bağlanıb

Bakı. Trend:

Ermənistan və İranı birləşdirən “M2” beynəlxalq avtomobil
yolunun 234-cü kilometrliyində sel keçib və torpaq sürşməsi baş
verib.

Trend-in
məlumatına görə, bu barədə Ermənistan Yol Departamentindən
bildiriblər.

Bildirilib ki, bunun nəticəsində Ltsen-Tatev yolunun bir hissəsi
bağlanıb.

Qeyd olunub ki, hər iki istiqamətdə nəqliyyatın hərəkəti
dayandırılıb. Hazırda yolun təmizlənməsi və hərəkətin bərpası
istiqamətində işlər aparılır.