Advertisement

Çində 127 milyondan çox insan daşqın təhlükəsi ilə üzləşib

Bakı. Trend:

Çinin Quandun əyalətində böyük çayların daşması iri miqyaslı
daşqınlara səbəb ola bilər.

Trend-in
məlumatına görə, bu barədə “The Guardian” qəzeti xəbər verib.

Məlumata əsasən, 127 milyondan çox insan təhlükə altındadır.

Sinoptiklər xəbərdarlıq edib ki, Sintzyan və Pekin çaylarının
səviyyəsi təhlükəli səviyyəyə yaxınlaşır. Üstəlik, belə bir daşqın
olduqca nadir hallarda baş verir.

Yerli hakimiyyət orqanlarına mümkün təbii fəlakətə hazırlıq
işlərinə başlamaq, tikinti materiallarını, yaşayış yerlərini,
içməli suyu əvvəlcədən hazırlamaq tapşırılıb.