Bakı. Trend:
2023-cü ildə qlobal hərbi xərclər 2,443 trilyon ABŞ dolları
təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 6,8 % çoxdur.
Trend-in
məlumatına görə, bu məlumat Stokholm Sülh Tədqiqatları İnstitutu –
SIPRI-nin son hesabatında yer alır.
Bildirilib ki, bu, 2009-cu ildən indiyədək ən ciddi artımdır.
Müharibələr və regional münaqişə ocaqları hərbi xərclərin artmasına
səbəb olur.
2023-cü ildə hərbi xərclər dünya üzrə ümumi daxili məhsulun 2,3
%-ni təşkil edib. Hərbi xərclərin çoxluğuna görə ilk yerdə 916
milyard dollarla ABŞ və 296 milyard dollarla Çin gəlir.




























