Advertisement

İrəvanda Zvartnots hava limanında bir sıra reyslər gecikib

Bakı. Trend:

İrəvanda Zvartnots hava limanında bir sıra reyslər gecikib.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, hava limanında Moskva, Soçi, Sankt-Peterburq,
Venesiya, Kişinyov və digər şəhərlərin reyslərində gecikmə müşahidə
olunub.

Qeyd olunub ki, qrafikə görə saat 10:00-da eniş etməli olan
Venesiya-İrəvan reysi hələ uçuş həyata keçirməyib. Sərnişinlərə
gecikmənin səbəbi olaraq Zvartnots hava limanının guya bağlı olduğu
bildirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun