Advertisement

Yanvar-mart aylarında Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Rusiyaya hazır
geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,1
faiz azalaraq, 118,5 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Rusiyaya 30,6 milyon dollar
məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin
mart ayı ilə müqayisədə 55,9 faiz azdır”, – deyə nazirlikdən
bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin
hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır
geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə
müqayisədə 18,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə
18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac
edib.