Advertisement

Ermənistanın “Döyüş Qardaşlığı” təşkilatının 5 üzvü saxlanılıb

Bakı. Trend:

Ermənistanın “Döyüş Qardaşlığı” təşkilatının 5 üzvü
saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında məlumat
paylaşılıb.

Qeyd olunub ki, təşkilatın üzvləri ötən gün Tavuş vilayətində
insident törətdiklərinə görə saxlanılıb.

Belə ki, “Döyüş Qardaşlığı” təşkilatının üzvləri ilə
Ermənistanın “Yerkrapa” təşkilatının üzvləri arasında toqquşma baş
verib. Nəticədə “Döyüş Qardaşlığı” təşkilatının üzvləri Masis
Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais
Ağabekyan polis bölməsinə aparılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun