Advertisement

Paşinyanın müavini Tavuş sakinlərinin nümayəndələri ilə görüşəcək

Bakı. Trend:

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Tavuş
sakinlərinin nümayəndələri ilə görüşəcək.

Trend xəbər
verir ki, bu barədə məlumatı baş nazir müavinin aparatının
nümayəndəsi Ani Babayan yerli KİV-ə təsdiqləyib.

Onun sözlərinə görə, görüş İrəvanda hökumət binasında
keçiriləcək.

Tavuş sakinlərinin nümayəndələri özləri İrəvana gələcək.

Görüşün dəqiq vaxtı və görüşdə kimlərin iştirak edəcəyi
açıqlanmayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun