Advertisement

Türkiyə ilə Gürcüstan mədəni sahədə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı. Trend:

Türkiyə ilə Gürcüstan arasında mədəni əlaqələrin qarşılıqlı
inkişafı məqsədilə 2024-2028-ci illər arasında keçiriləcək mədəni
əməkdaşlıq proqramına uyğun olaraq imza mərasimi keçirilib.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, imzalanma mərasimindən sonra çıxış edən Türkiyənin
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy qeyd edib ki,
Gürcüstanla bizim ümumi mədəni və tarixi irsimiz var. Ümumi
dəyərləri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək bizim əsas
vəzifəmiz və məqsədimizdir.

“İmzaladığımız Türkiyə Respublikası hökuməti ilə Gürcüstan
hökuməti arasında 2024-2028-ci illər üçün mədəni əməkdaşlıq
proqramı ilə 2024-2028-ci illər üçün texniki işçi qrupu yaradılacaq
və mühafizəsi və bərpası üçün tədbirlər planı hazırlanacaqdır.
Nazirlik olaraq hər birini gələcək nəsillərə əmanət etmək şüuru ilə
hazırda ölkəmizdə olan və Gürcüstan üçün çox dəyərli olan dünya
irsi abidələri ilə bağlı bir çox araşdırmalar aparmışıq. Artvin və
Ərzurum əyalətlərində bir çox əsəri qoruyub saxladıq və bu bərpa
işləri üçün 4,5 milyon dollardan çox büdcədən istifadə etdik.
İmzaladığımız bu proqramla biz bu araşdırmaları daha da irəli
aparmaq, təkcə ortaq mədəni irsin qorunması üçün deyil, həm də
mədəniyyətin bütün sahələrində əlaqələrimizi daha da inkişaf
etdirmək istəyirik. Ümid edirəm ki, bu iş hər iki ölkə üçün faydalı
olacaq”,- deyə türkiyəli nazir bildirib.

Gürcü nazir isə vurğulayıb ki, Türkiyənin bu işlər üçün ayırdığı
büdcə təqdirəlayiqdir. Bu imza sonrakı məhsuldar işlərə və birgə
əməkdaşlığa səbəb olacaq. Ümid edirəm ki, bu, reallaşdıracağımız
gözəl layihələrə yol açacaq. Bizim prioritetimiz təbii ki, ortaq
mədəni irs əsərləridir, lakin ədəbiyyat, folklor, teatr kimi digər
mövzularda da əməkdaşlığımızı təmin edəcəyik.