Advertisement

Almaniya prezidenti Türkiyəyə səfər edib

Bakı. Trend:

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə rəsmi
səfər edib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Ştaynmayeri İstanbul hava limanında İstanbul
valisi Davut Gül, Almaniyanın səfiri Yurgen Şults, Türkiyənin
Berlindəki səfiri Ahmet Başar Şen və digər rəsmilər qarşılayıb.

Almaniya prezidentinin iki ölkə arasında diplomatik əlaqələrin
qurulmasının 100 illiyi münasibətilə baş tutan 3 günlük səfər
çərçivəsində İstanbul, Qaziantep və Ankaraya gedəcəyi qeyd
olunub.

Vurğulanıb ki, Ştaynmayer aprelin 24-də türkiyəli həmkarı Rəcəb
Tayyib Ərdoğanla görüşəcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun