
Bakı. Trend:
Ermənistanda “Ayakve” hərəkatının nümayəndələri Tavuş
sakinlərinə dəstək əlaməti olaraq Ermənistan-Gürcüstan
dövlətlərarası avtomobil yolunu bağlayıb.
Trend xəbər
verir ki, bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar Odzun-Alaverdi (Lori vilayəti) və
Gümri-Bavra (Şirak vilayəti) yollarını bağlayıb.





























