
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Almaniya vətəndaşları
Türkiyədə 232 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin
eyni dövrü ilə müqayisədə 130 obyekt azdır.
Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz
Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Bildirilib ki, bu ilin mart ayında Almaniya vətəndaşları
Türkiyədə 68 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin mart ayı
ilə müqayisədə 44 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394
mənzil satın alınıb ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə
0,1 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279
min 604 mənzil satın alınıb.
“Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz
azdır”, – deyə nazirlikdən qeyd edilib.
2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778
mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə
47,9 faiz azdır.
Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5
min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə
48 faiz azdır.





























