Advertisement

Şimali Koreyada nüvə təlimləri keçirilib

Bakı. Trend:

Şimali Koreya 600 millimetrlik çoxsaylı buraxılış raket
sistemlərindən istifadə etməklə simulyasiya edilmiş nüvə
əks-zərbəsinin buraxılması üzrə ilk kompleks taktiki təlim
keçirib.

Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi
məlumat yayıb.

Ölkə lideri Kim Çen Inın rəhbərlik etdiyi təlimlərdə “Nüvə
silahının tətiyi” və “Vulkan xəbərdarlığı” sistemlərindən istifadə
olunub.

Təlim zamanı hərbçilər 352 kilometr məsafədə yerləşən hədəfləri
vurublar.