Advertisement

Erməniəsilli Fransa jurnalisti Ermənistana buraxılmadı

Bakı. Trend:

Erməniəsilli Fransa jurnalisti Leo Nikolyanın Ermənistana girişi
qadağan olunub.

Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, Nikolyan etiraz əlaməti olaraq Zvartnots hava
limanında aclıq aksiyası elan edib.

“Mən Ermənistandan getməyəcəyəm, birbaşa burada Zvartnots hava
limanının pasport yoxlanışı şöbəsində aclıq elan edirəm. Qərar
təqdim etmədən, əsaslandırma olmadan mənə vətənimə girişi qadağan
etdilər. Təyyarəyə oturaraq ödənişsiz geri dönməyim üçün məni nə
qədər dilə tutsalar da, buradan gedən deyiləm”, – jurnalist
deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun