Advertisement

Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb

Bakı. Trend:

Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi
rəsmən başa çatıb.

Trend xəbər
verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Belə ki, 9 kilometrlik Kveşeti-Kobi tunelinin qalan bir neçə
metri canlı efirdə qazılıb. Prosesi Gürcüstanın baş naziri İrakli
Kobaxidze müşahidə edib.

Qeyd olunub ki, yeni tunel sayəsində artıq yükdaşıyanlar “Yuxarı
Lars” nəzarət-buraxılış məntəqəsi istiqamətindəki yolda
yubanmayacaqlar, belə ki, 1 saatlıq yol cəmi 15 dəqiqə çəkəcək.

15 metrlik diametrə malik tunel, həmçinin, Avropada ən uzun və
mürəkkəb mühəndislik qurğularından biridir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun