Advertisement

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Bakı. Trend:

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda
şübhəli bilinərək saxlanılıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsi bildirib.

“Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur
Vladimiroviç İvanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı
(rüşvət alma) maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti
törətməkdə şübhəli bilinərək saxlanılıb”, – deyə bildirilib.

İstintaq Komitəsi digər təfərrüatları açıqlamayıb.