Advertisement

ABŞ Senatı Ukrayna və İsrailə yardım haqqında qanun layihələrini dəstəkləyib

Bakı. Trend:

ABŞ senatorları keçirilən prosessual səsvermə çərçivəsində
Ukrayna, İsrail və Hind-Sakit Okean regionundakı müttəfiqlərə əlavə
maliyyə yardımı ayrılmasını nəzərdə tutan qanun layihələrini
dəstəkləyiblər.

Trend-in
məlumatına görə, bu barədə “PBS” televiziya və radio kanalı
bildirib.

Məlumata əsasən, təşəbbüsləri 80 senator dəstəkləyib. 19 senator
əleyhinə çıxış edib.

Ukraynaya yardım haqqında qanun layihəsi Kiyevə təxminən 61
milyard dolların ayrılmasını nəzərdə tutur. Sənədə əsasən, Kiyevə
yardım indi pulsuz deyil, kreditlə veriləcək