Advertisement

ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək – Dövlət Departamenti

Bakı. Trend:

ABŞ Rusiyanın enerji sektoruna və əlaqədar infrastruktura qarşı
sanksiyaları davam etdirəcək.

Trend-in
məlumatına görə, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə
köməkçisi Cefri Pyatt Vaşinqtonda Strateji və Beynəlxalq
Araşdırmalar Mərkəzində enerji təhlükəsizliyinə dair konfransda
bildirib.

“Biz vintləri sıxmağa və əsas enerji layihələrinin, eləcə də
gələcək enerji layihələrinin və əlaqəli infrastrukturun inkişafında
iştirak edən geniş şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə davam
edəcəyik”, – deyə o bildirib.

Cefri Pyattın sözlərinə görə, məhdudiyyətlər, xüsusən, Rusiya
Federasiyasının gələcək enerji layihələri üçün materialların və
qabaqcıl texnologiyaların satın alınması ilə məşğul olan
müəssisələrə təsir edəcək.