
Bakı. Trend:
Türkiyə 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana kimyəvi
maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 2
faiz azalaraq 109,7 milyon dollara çatdırıb.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin mart ayında Türkiyənin Gürcüstana kimyəvi maddə
məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 23,6 faiz
azalaraq, 41,7 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd
edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvi
maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7
faiz artıraraq 8 milyard dollara çatdırıb.
2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvi
maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7
faiz artaraq, 3 milyard dollara bərabər olub.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə
31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac
edib.





























