Advertisement

Yanvar-mart aylarında Maltadan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Maltadan Türk limanlarına 1
milyon 210 min 930 ton yük daşınıb.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən
gəmilər Maltadan limanlara 51 min 235 ton, digər ölkələrin
bayraqları altında üzən gəmilər isə 850 min 461 ton yük
çatdırıb.

Bu müddət ərzində Malta bayraqlı gəmilərlə Türkiyə limanlarına
309 min 234 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-mart aylarında
Türkiyə limanlarına Maltadan 47 min 478 ton tranzit yük
daşınıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyə limanları 36
milyon 684 min 911 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 965 min 1 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə
yük daşınması 33 milyon 719 min 910 ton olub.

Bununla yanaşı, 2024-cü ilin mart ayında Türkiyə limanlarından 5
milyon 699 min 607 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-mart
aylarında Türkiyə limanları 102 milyon 714 min 524 ton yük qəbul
edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 704 min
473 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə
isə Türkiyə limanlarına yükdaşımalar 95 milyon 10 min 51 ton təşkil
edib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında
Türkiyə limanlarından 16 milyon 857 min 351 ton transit yük
daşınıb.

2024-cü ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul
edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.

2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718
gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən
digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə
bayrağı altında olan gəmilər isə 4 min 346 olub”, – deyə
nazirlikdən bildirilib.