
Bakı. Trend:
Türkiyə Xarici İşlər Nazirliyi bütün tərəfləri Ermənistanla
münasibətlərin normallaşma prosesinə dəstəkləməyə çağırıb.
Trend xəbər
verir ki, bu barədə məlumat Nazirliyin rəsmi səhifəsində dərc
olunub.
“Bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması ilə
bağlı təklifimizi və Ermənistanla başladılmış normallaşma prosesini
dəstəkləməyə çağırırıq”, – nazirliyin paylaşımda deyilir.





























