
Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələrinin nümayiş komandası SOLOTÜRK-ün
Çanaqqala üzərindəki nümayiş uçuşunun təyyarədəki görüntüsünü
paylaşıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Çanaqqala Quru
Döyüşlərinin 109-cu ildönümü münasibəti ilə Türkiyə ilə yanaşı bir
çox ölkə nümayəndələrinin də iştirakı ilə Şəhidlər Abidəsində anım
mərasimi keçirilib.
“Başda Anafartalar Qəhrəmanı Qazi Mustafa Kamal Atatürk olmaqla
bu torpağı bizim üçün vətənimiz edən bütün silahdaşlarımızı rəhmət,
hörmət və minnətlə yad edirik”, – deyə paylaşımda bildirilib.





























