
Bakı. Trend:
Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Rumıniyaya rəsmi səfər
edəcək.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Yılmaz səfər
çərçivəsində Buxarestdə türk iş dünyasının nümayəndələri ilə
görüşəcək.
Səfərinin ikinci günü, aprelin 26-da hökumət binasında
Rumıniyanın baş naziri Marsel Ciolacu ilə təkbətək və heyətlərarası
görüşlər keçirən Yılmaz, Rumıniya Prezidenti Klaus İohannis
tərəfindən də qəbul ediləcək.
Qeyd edək ki, Yılmaz Dragalinada Qara Dəniz-Podişor Təbii Qaz
Boru Kəməri Layihəsi Mərasimində iştirak edəcək və Mecidiyedəki
Omnia Nişasta Fabrikində işçilərlə görüşəcək.





























