
Bakı. Trend:
ABŞ və Niger nümayəndələri bu gün Niameydə görüşəcəklər.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin
mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
Onun sözlərinə görə, görüşün mövzusu Amerika qüvvələrinin Afrika
ölkəsindən çıxarılması olacaq.
Görüşdə Amerika tərəfini ABŞ-ın Nigerdəki səfiri Ketlin
Fitzibbon və Afrika Komandanlığının nümayəndəsi Ken Ekman təmsil
edəcək.





























