
Bakı. Trend:
Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş
etdirib.
Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin
müavini Sergey Ryabkov açıqlama verib.
Onun sözlərinə görə, əgər alyans ölkələrinin nüvə obyektləri
daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi
hədəfinə çevriləcək.
Qeyd edək ki, Şimali Atlantika Alyansının baş katibi Yens
Stoltenberq bir neçə gün əvvəl alyansın bloka üzv olan ölkələrin
vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrə
əl atmağa hazır olduğunu açıqlamışdı.





























