
Bakı. Trend:
Rusiya Türk Hava Yollarının uçuşları ilə bağlı yaranmış
vəziyyətlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə nota
göndərib.
Trend xəbər verir ki, bu
barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda sənəd türk diplomatları tərəfindən
öyrənilir.
Qeyd edək ki, mart-aprel aylarında Türk Hava Yollarının bəzi
Latın Amerikası ölkələrinə, o cümlədən Meksika və Argentinaya
reyslərində ruslar İstanbuldan uçmaqda çətinlik çəkib.
Aprelin 11-də Rusiya Turoperatorları Assosiasiyası üç qızın
Meksikaya uçuşa buraxılmadığını bildirib.





























