Advertisement

Rusiya və İran Təhlükəsizlik Şuraları arasında memorandum imzalanıb

Bakı. Trend:

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian
və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay
Patruşev arasında təhlükəsizlik üzrə anlaşma memorandumu
imzalanıb.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Memoranduma əsasən, iki ölkə arasında müxtəlif strateji
sahələrdə əlaqələr və əməkdaşlıq səviyyəsi yüksələcək.