
Bakı. Trend:
Rusiya Federasiyası təəssüf edir ki, Ermənistan KTMT-nin ictimai
tənqidinə davam edir.
Trend xəbər verir ki, bunu
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya
Zaxarova bu gün həftəlik brifinq zamanı Ermənistanın baş naziri
Nikol Paşinyanın bəyanatlarını şərh edərkən deyib.
“Biz təəssüf edirik ki, Ermənistan hakimiyyəti KTMT-nin ictimai
tənqidinə davam edir. Təkcə tənqid deyil, tənqid də etmək olar,
lakin (tənqid) əsassızdır. Bu, təşkilatın katibliyinin rəhbərliyi
KTMT-nin nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq
respublika qarşısında bütün öhdəliklərin qorunub saxlanıldığını
açıq şəkildə təsdiqləyib”, – o deyib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl bəyan etmişdi ki, KTMT üzv
ölkələrin, Rusiya, Ermənistan və digərlərinin ümid edə biləcəyi
mexanizm kimi mövcud deyil.
“Bu isə KTMT-nin reaksiyası və bəzi üzv ölkələrin bəyanatları
ilə əsaslandırılır. Bizim cəmiyyət bizə deyir ki, niyə KTMT-nin
üzvü olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabım
yoxdur”, – Paşinyan deyib.
(Tərcümə: Gülnarə Kərimova)





























