Advertisement

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Bakı. Trend:

İngiltərə və Uelsdə mağazalarda baş verən oğurluq halları son 20
ilin rekord səviyyəsinə yüksəlib.

Trend xəbər verir ki, bu barədə Britaniya Milli Statistika
İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə mağazalardan ümumilikdə 430 min 104
oğurluq hadisəsi qeydə alınıb. Bu da bir il öncəki 315 min 040
oğurluq halından 37 faiz çoxdur.

Qeyd edilib ki, şəxslərdən edilən oğurluqlar da artıb. Bununla
bağlı hadisələrin sayı 2022-ci illə müqayisədə 18 faiz artaraq
ümumilikdə 125 563-ə çatıb.