Advertisement

İsrail hərbçiləri Livandan uçan şübhəli obyekti vurublar

Bakı. Trend:

İsrail ordusu Livandan uçan “şübhəli hava obyektini” uğurla ələ
keçirib və Livandakı “Hizbullah” hədəflərinə yeni hücumlar həyata
keçirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat
xidməti bildirib.

Məlumata əsasən, İsrailin hava hücumundan müdafiə qüvvələri
Livan ərazisində şübhəli hava hədəfini uğurla vurub. Bu hədəfin
İsrail ərazisinə doğru yönəldiyi ehtimal edilir.

Mətbuat xidməti həmçinin qeyd edib ki, bu gün səhər saatlarında
İsrail Müdafiə Qüvvələrinin qırıcıları Livanda “Hizbullah”la
əlaqəli bir neçə hədəfə hücumlar həyata keçirib. Hücumların Blida
və Marvahina bölgələrində “Hizbullah” üzvlərinin istifadə etdiyi
hərbi məntəqə və kompleksə zərbələr endirdiyi bildirilib. Ait
əş-Şaab bölgəsində terrorçuların infrastrukturuna da zərbələr
endirilib.