
Bakı. Trend:
Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində
azı 155 nəfər ölüb.
Trend-in
məlumatına görə, bu barədə ölkənin baş naziri Kasim Macaliva
deyib.
“51 mindən çox təsərrüfat və 200 min insan zərər çəkib. 155
nəfər həlak olub, 236 nəfər yaralanıb, 10 mindən çox evə müxtəlif
dərəcəli ziyan dəyib”, – deyə o bildirib.
K.Macalivanın sözlərinə görə, əkin sahələri, eləcə də
infrastruktur – körpülər, avtomobil yolları və dəmir yolları məhv
edilib. Yağışların dağıdıcı nəticələrinin əsas səbəbi insanın
təsərrüfat fəaliyyətinin ətraf mühitə zərərli təsiri, meşələrin
qırılması, xüsusilə dağ yamaclarında və çay sahillərindədir.





























