Advertisement

Tokio, Roma və London ən yeni qırıcının prototipini yaratmaq istəyirlər

Bakı. Trend:

Yaponiya, İtaliya və Böyük Britaniya birgə hazırladıqları ən
yeni qırıcı prototipini 2026-cı ildə hazırlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “Nikkei” qəzeti xəbər
verib.

Məlumata əsasən, hazırda Yaponiya parlamenti qırıcı təyyarənin
yaradılmasında üç ölkənin səylərini, o cümlədən hökumətlərin və
özəl şirkətlərin hərəkətlərini əlaqələndirəcək idarəetmə orqanının
yaradılması haqqında sazişin müzakirəsinə başlayıb. Tərəflər ilin
sonuna kimi GIGO (Global Combat Air Programme International
Government Organisation) adlanacaq belə bir təşkilat yaratmağa
sadiqdirlər. Onun qərargahı Londonda olacaq və Yaponiya Müdafiə
Nazirliyinin bir neçə onlarla əməkdaşı ora göndəriləcək.