
Bakı. Trend:
İstanbulda kilsəyə silahlı hücum edən iki nəfərdən biri
saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat
yayıb.
Qeyd edək ki, hadisə bu gün yerli vaxtla saat 11:40 radələrində
İstanbulda yerləşən “Santa Mariya” kilsəsində bazar ibadəti zamanı
baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində
kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.





























