Advertisement

Bu gün Ermənistanın mövcudluq məsələsini həll edirik – Paşinyan

Bakı. Trend:

Biz bu gün Ermənistanın mövcudluq məsələsini həll edirik və bunu
həll edəcəyik.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol
Paşinyan deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə məşğul olan
hakimiyyət orqanları bununla dövləti qoruyur.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi
işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü
il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin
ekspert qruplarının işi davam edir.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası
Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası
Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş
razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları
ərazidə geodeziya ölçmələri əsasında koordinatların
dəqiqləşdirilməsi prosesinə başlayıblar.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun