Advertisement

İspaniya Ukraynaya “Patriot” raketlərini göndərəcək

Bakı. Trend:

İspaniya Müdafiə Nazirliyi Ukraynaya “Patriot” raketləri,
həmçinin zirehli texnika və “Leopard” tanklarının göndərilməsini
təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə nazirliyin saytında dərc olunan
xəbərdə deyilir.

İspaniyanın müdafiə naziri Marqarita Roblesin sözlərinə görə,
“Patriot” raketləri dörd gün ərzində göndərilməlidir.

Robles əlavə edib ki, yaxın bir neçə ayda 155 və 120
millimetrlik sursatların tədarükü də planlaşdırılır.