
Bakı. Trend:
Ekvadorun Pastaza əyalətində helikopter qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu
barədə Ekvador Silahlı Qüvvələri “X” sosial şəbəkə hesabında
məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 8 nəfər həlak olub.
“Ekvador ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E
helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar
edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir”, – məlumatda
qeyd edilib.





























