
Bakı. Trend:
Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı qanuna cavabı
asimmetrik, lakin acı olacaq.
Trend xəbər
verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının
sədr müavini Dmitri Medvedev ABŞ-nin Rusiya aktivlərinin müsadirəsi
haqqında qanununa münasibət bildirərkən deyib.
Bundan başqa, Medvedev qeyri-dost ölkələrdən əcnəbi şəxslərin
aktivlərinin müsadirəsini nəzərdə tutan qanun qəbul etməyi təklif
edib.
“Cavab yalnız assimetrik ola bilər. Səbəb aydındır – bizdə mühüm
sayda ABŞ-yə məxsus dövlət əmlakı, o cümlədən pul vəsaiti, hüquqlar
(red.- mülkiyyət) və digər aktivlər yoxdur”, – o deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr
Palatası Rusiyaya məxsus aktivlərin Ukraynanın xeyrinə müsadirəsi
haqqında qanun layihəsi qəbul edib. Qanun layihəsi bu yaxınlarda
Senatda müzakirəyə çıxarılacaq.





























