Advertisement

ABŞ-də bir neçə ştatda güclü tornado: yüzlərlə ev zərər görüb

Bakı. Trend:

ABŞ-nin Nebraska, Texas və Kanzas ştatlarında ən azı 25 tornado
qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, güclü tornado Ayova ştatında da obyektlərə zərər
yetirib. İnsanlar həyati təhlükəsi olmayan travmalar alıblar.

Ölənlər barədə məlumat daxil olmayıb.

Bundan başqa, Missuri və Oklahoma ştatlarında da tornado
xəbərdarlığı olunub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun