Advertisement

Şimali Koreya daha iki səfirliyini bağladı

Bakı. Trend:

Şimali Koreya Honq-Konq və Liviyadakı diplomatik
nümayəndəliklərini bağlayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya
Xarici İşlər Nazirliyinin rəsmisi açıqlama verib.

Qeyd edək ki, Cənubi Koreya Xarici İşlər Nazirliyinin saytında
yer alan məlumata görə, son aylarda bəzi ölkələrdə səfirliklərin
bağlanması ilə bağlı qərarlardan sonra Şimali Koreyanın xarici
ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı 53-dən 44-ə
enib.