
Bakı. Trend:
Türkiyənin Edirne şəhərində 38 qeyri-leqal miqrant
saxlanılıb.
Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, saxlanılan şəxslərin ölkəyə qanunsuz yollarla
girdiyi müəyyən edilib.
Suriya, Əfqanıstan və Pakistan vətəndaşları olan miqrantlar
Edirnə Miqrasiya Xidmətinə təhvil verilib.





























