
Bakı. Trend:
Avstraliya Ukraynaya ümumi məbləği 100 milyon dollar olan daha
bir yardım paketi təqdim edəcək.
Trend-in məlumatına görə, bu barədə Avstraliya müdafiə naziri,
ölkənin baş nazirinin müavini Riçard Marlz Lvovda Ukraynanın baş
naziri Denis Şmıqalla birgə mətbuat konfransı zamanı bildirib.
“Bu gün biz Ukraynaya 100 milyon dollarlıq yeni yardım paketini
elan edirik”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bunun 50 milyon dolları qısa mənzilli hava
hücumundan müdafiə sistemlərinə, qalanı isə müxtəlif mallara –
şişmə qayıqlardan tutmuş dəbilqə və çəkmələrə qədər
xərclənəcək.
R.Marlz vurğuladı ki, Avstraliya Kiyevə yardım göstərməyə davam
etməkdə qərarlıdır.





























