Bakı. Trend:
Qlobal istiləşmə həyatın bütün sahələri kimi hərb işinə də
təsirsiz ötüşmür.
Trend-in
məlumatına görə, Texas Universitetinin əməkdaşları iqlim
dəyişikliyinin ölkələrin hərbi potensialına təsirini araşdırıblar.
Məlum olub ki, qlobal istiləşmə nəticəsində sualtı qayıqlarla bağlı
problemi daha ciddi vəziyyət alır.
Okean suları isindikcə və duzluluq artdıqca dəniz radarlarının
sualtı qayıqları aşkar etməsi çətinləşir. Ən arzuolunmaz vəziyyət
Atlantik və Sakit okeanlardadır. Hazırda bu ərazilərdə radarlar
sualtı qayıqları 35-60 kilometr məsafədə aşkar edə bilir. İqlimlə
bağlı vəziyyət universitetin ehtimal etdiyi ssenari üzrə gedərsə, o
zaman radarlar ən yaxşı halda 20 kilometr məsafədəki sualtı
qayıqları aşkar edə biləcək. Bu da əksər ölkələrin təhlükəsizliyinə
təhdid yaradacaq.




























