Advertisement

Türkiyə ilə Yunanıstan sərhədində yeni körpü tikiləcək

Bakı. Trend:

Türkiyə və Yunanıstan Meriç çayı ərazisində iki ölkənin
nəzarət-buraxılış məntəqələrini birləşdirən yeni körpünün tikintisi
ilə bağlı razılığa gəliblər.

Trend xəbər verir ki, yeni 811 metrlik dörd zolaqlı körpünün
inşasına bu il başlanacaq. Konstruksiya, 1958-ci ildə tikilmiş
köhnə iki zolaqlı körpü ilə yanaşı fəaliyyət göstərəcək.

Türkiyənin Yunanıstan ilə həmsərhəd olan Edirne əyalətinin
qubernatoru Yunus Sezer bildirib ki, mövcud körpü artıq Türkiyənin
artan beynəlxalq ticarət həcminin öhdəsindən gələ bilmir və bununla
əlaqədar iki ölkənin hakimiyyət orqanları tərəfindən yeni nəqliyyat
layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib. İnşaat
işləri hər iki tərəfindən maliyyələşdiriləcək.