Advertisement

Dubayda Əl Maktum hava limanının genişləndirilməsinə vəsait ayırılacaq

Bakı. Trend:

Dubay hakimiyyəti şəhərin cənub hissəsində yerləşən Əl-Məktum
Beynəlxalq Hava Limanında yeni sərnişin terminalının tikintisinə
128 milyard dirhəm (34,8 milyard dollar) ayıracaq.

Trend-in
məlumatına görə, bunu Dubay Əmiri, BƏƏ-nin Baş naziri Şeyx Məhəmməd
bin Rəşid Əl Məktum deyib.

“Bu gün biz Əl-Məktum Beynəlxalq Hava Limanında yeni sərnişin
terminalının layihəsini təsdiqlədik. Dubay Aviasiya Korporasiyası
tərəfindən hazırlanmış strategiyanın bir hissəsi olaraq sərnişin
terminalının tikintisinə göstəriş verdik”, – BƏƏ-nin Baş naziri
bildirib.

Onun sözlərinə görə, yeni terminal ildə 260 milyondan çox
sərnişin tutumu ilə dünyanın ən böyük hava limanlarından birinə
çevriləcək. 400 təyyarəni qəbul edə bilən yenilənmiş nəqliyyat
qovşağının beş paralel uçuş-enmə zolağı ilə təchiz ediləcəyi
gözlənilir.

“O, hazırkı Dubay Beynəlxalq Hava Limanından 5 dəfə böyük
olacaq”, – məlumatda deyilir.