Advertisement

Hindistanda avtobusla yük maşını toqquşub, 7 nəfər ölüb

Bakı. Trend:

Hindistanın şimalındakı Uttar Pradeş ştatında avtobusun yük
maşını ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın
insan yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə yerli polis məlimat yayıb.

Qəza Uttar Pradeş ştatının Unnao bölgəsində baş verib. Yaralılar
yerli xəstəxanaya yerləşdiriliblər, bəzilərinin vəziyyətinin ağır
olduğu bildirilir.