
Bakı. Trend:
İtaliyanın baş naziri Ciorcia Meloni Avropa Parlamentinə iyunda
keçiriləcək seçkilərdə namizəd olacağını açıqlayıb.
Trend xəbər verir ki, Ciorcia Meloni Avropa Parlamentinə
seçkilərdə namizəd olmağa qərar verdiyini və xalqın dəstəyinə
inandığını deyib.
O, seçki ilə bağlı təbliğat təşviqat kampaniyasının hökumət
işlərinə maneə olmayacağını bildirib.
Qeyd edək ki, Avropa Parlamentinə iyunun 6-9-da keçiriləcək
seçkilərdə “köhnə qitənin” siyasətinin gələcəyi formalaşacaq.





























