
Bakı. Trend:
Beynəlxalq Cinayət Məhkəməsi HƏMAS lidelərinin həbsinə orderlər
hazırlayır.
Trend xəbər
verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən
məlumat yayıb.
Bundan başqa, qeyd olunub ki, Beynəlxalq Cinayət Məhkəməsi Qəzza
zolağındakı münaqişə ilə bağlı ittihamlarla əlaqədar olaraq
İsrailin bir sıra yüksək vəzifəli dövlət məmurlarının həbsinə də
order verə bilər.
Nəşr yazır ki, İsrail rəsmiləri Qəzza zolağına humanitar
yardımın çatdırılmasına mane olmaqda və HƏMAS-ın 7 oktyabr tarixli
hücumuna hədsiz sərt reaksiya verməkdə ittiham oluna bilər.





























