Advertisement

NATO baş katibi Kiyevə gözlənilməz səfər edib

Bakı. Trend:

NATO baş katibi Yens Stoltenberq Kiyevə gözlənilməz səfər
edib.

Trend xəbər
verir ki, bu barədə NATO baş katibinin mətbuat xidməti məlumat
yayıb.

Məlumata görə, Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenski
ilə birgə mətbuat konfransı keçiricək.

Qeyd edək ki, Yens Stoltenberq bu yaxında Almaniyanın Ukraynaya
daha bir “Patriot” sistemi verəcəyini bildirib.

NATO baş katibi digər üzv ölkələri də Ukraynaya real silah
tədarükünü sürətləndirməyə çağırıb.

“Təşkilatın digər üzvləri də bu nümunəyə əməl etməlidir”, – o
deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun