
Bakı. Trend:
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ
Prezidenti Co Bayden arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının ali icra
orqanının başçısı sosial şəbəkədə bildirib.
“Ukraynaya 50 milyard avroluq maliyyə ianəsi razılaşmasından
sonra ABŞ Prezidenti Co Baydenlə müsbət telefon danışığı olub.
Razılaşdıq ki, Ukrayna öz tərəfdaşlarından geniş dəstək almağa
davam etməlidir. Nə qədər lazımdırsa, biz birlikdə Ukraynanın
yanında olacağıq”, – o qeyd edib.





























